• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lalə Dadaşova ilə Vüqar Muradov qohum imiş

MƏDƏNİYYƏT

13 Dekabr 2022 | 12:55

Lalə Dadaşova ilə Vüqar Muradov qohum imiş

Müğənni Vüqar Muradov Lalə Dadaşova ilə qohum olduğunu açıqlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Vüqar "Elgizlə izlə" proqramında deyib. O bildirib ki, Dadaşovanın ailəli olduğu mərhum müğənni Elçin Cəlilov onun qohumu olub: 

"Mən Elçin Cəlilovun bacısı oğlu sayılıram. Ona dayı kimi baxmışam. Anamla, xalamla bir yerdə böyüyüblər. Elçin Cəlilov Azərbaycanda üç böyük ifaçılardan biridir. Lalə xanım ona çox əziyyət çəkdi. Neçə il yaşadısa, Lalənin sayəsində oldu".

L.Dadaşova "Onunla ailə quranda 38 yaşım var idi" deyə, əlavə edib. 

Qeyd edək ki, 2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılır. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. 

Lalə Dadaşova Xalq artisti Brilliant Dadaşovanın bacısıdır.


Lalə Dadaşova ilə Vüqar Muradov qohum imiş
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026