Əməkdar artist Lalə Məmmədova sevgi etirafı ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, "Space maqazin"ə danışan müğənni eşq yaşadığını deyib:
"Özəl şeylərdir. Arada olur elə paylaşımlar. Bu mənim özəl həyatımın bir hissəsidir. Arada hekayə bölümündə müəyyən bir qığılcımlar olanda paylaşıram. Şükürlər olsun ki, hər şey gözəldir. Gözmuncuğum olsaydı, yanında düzərdim".
Qeyd edək ki, Lalə Məmmədova İlham Qafarov adlı şəxslə 2004-cü ildə ailə qurub. Cütlük 2013-cü ildə boşanıb. Onların Nərgiz və Çinarə adında iki qızları var. Bir müddət əvvəl Lalə müsahibələrinin birində eşq yaşadığını etiraf edib.


jpg-1668416337.jpg)













