• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Lavrov Bakıya niyə gəlib? - AÇIQLAMA

SİYASƏT

28 Fevral 2023 | 12:35 | Müəllif: Qalib İbrahimoğlu

Lavrov Bakıya niyə gəlib? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün Azərbaycana səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, səfərin ilk günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib. Bu gün isə Azərbaycan xarici siyasət idarənin başçısı Ceyhun Bayramovun Lavrovla təkbətək görüşü olub.  Azərbaycan və Rusiya XİN rəhbərlərinin təkbətək görüşündən sonra isə geniş tərkibli görüşü başlayıb.

Sergey Lavrovun Bakı səfərinin Ruben Vardanyanın qondarma rejimin “dövlət naziri” “vəzifəsi”ndən getməsi ilə əlaqəsi varmı?

Rusiya XİN başçısının Azərbaycana səfərini Bakıvaxtı.az-a şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Lavrovun Bakı səfərinin əsas səbəbi Laçın yolundakı vəziyyətdir:

“Məntiqə görə, gündəmdə çox məsələlər var. Bilirsiniz ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsində yeni şərait yaranıb. Rusiyanın əsas siyasi fəallığı artıq Qərbdə yox, Cənubda baş verib. Cənubda yəni Azərbaycan, Türkiyə, İran kimi dövlətlər onun partnyoruna çevrilib. Bizdə görüşün təfərrüatı barədə məlumat yoxdur. Lakin hesab edirəm ki, Əliyev-Lavrov görüşündə həm Ermənistan-Azərbaycan münaqişəsi, həm Rusiyanı maraqlandıran digər məsələlər müzakirə olunub”.

Sabiq nazir deyib ki, bir çox versiyalara görə, görüşün əsas səbəbi Laçın yolundakı vəziyyətdir: “Mən də bu fikirlərlə razıyam. Çünki artıq məqam gəlib çatıb və konkret məsələlər müzakirə olunmalıdır”.

Bir müddət öncə Laçın yolunda ictimai nəzarətin mövcud olduğunu deyən müsahibimizə görə, artıq sözügedən ərazidə dövlət qurumlarının nəzarəti yaradılmalıdır: “Yəni Laçın-Xankəndi ərazisində Azərbaycan qanunlarına uyğun olan nəzarət tətbiq olunmalıdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR