• Bakı 26° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Lavrov İranla bağlı risklərdən danışdı

DÜNYA

05 Fevral 2026 | 09:56

Lavrov İranla bağlı risklərdən danışdı

“İranla ABŞ arasında problem böyüyür. Vəziyyət yaxşı sayılmaz, partlayış həddindədir, Rusiya özünü vasitəçi kimi sırımağa çalışmır, amma baş verənlərə biganə deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz nə İran, nə İsrail, nə də ABŞ-yə vasitəçi kimi yarınmağa çalışmırıq. Sadəcə onlarla təmaslarımızda bu vəziyyəti müzakirə edirik. İran bizim yaxın tərəfdaşımızdır, qonşumuzdur. Vəziyyətin necə inkişaf edəcəyinə biganə deyilik. Xüsusən də ona görə ki, bu vəziyyət təkcə İranla bağlı deyil, ümumilikdə bütün Yaxın Şərq üçün partlayış təhlükəsi daşıyır”, - nazir bildirib.

Lavrov qeyd edib ki, orada gec-tez işə düşə biləcək çoxlu “minalar” var və onlar kimsə ehtiyatsız addım atsın deyə gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026