• Bakı 25° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Lavrov və Mirzoyan Səmərqənddə görüşdülər

DÜNYA

14 Aprel 2023 | 14:15 | Müəllif: Qalib İbrahimoğlu

Lavrov və Mirzoyan Səmərqənddə görüşdülər

Səmərqənddə Rusiya və Ermənistanın xarici işlər nazirləri -Sergey Lavrov və Ararat Mirzoyanın görüşü baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.

İki nazir arasında danışıqların təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, aprelin 14-də Səmərqənddə MDB Xarici İşlər Nazirlərinin növbəti iclası keçirilib. Gündəliyə MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif istiqamətləri üzrə ona yaxın məsələ daxil edilib. Görüş iştirakçıları aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026