Tanınmış aktrisa Ləman Mərrih həyat yoldaşı, rejissor Emil Abdullayev ilə bağlı sosial şəbəkədə diqqət çəkən paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi evlilik ildönümləri münasibətilə həyat yoldaşına ünvanladığı səmimi sözlərlə izləyicilərinin marağına səbəb olub.
Ləman Mərrih paylaşımında qarşılıqlı anlaşmanın münasibətlərdə ən vacib amillərdən biri olduğunu vurğulayaraq bunları yazıb:
“Danışmadan da anlaşılmaq necə dəyərlidir! Ən böyük arzum bir-birimizin dəyərini, qiymətini, bir-birimizdə olan yerimizi unutmamaqdır”.
Aktrisanın paylaşımı qısa zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Cütlüyün sənət və ailə həyatını uğurla uzlaşdırdığını qeyd edən izləyicilər onlara çoxsaylı təbrik və xoş arzular ünvanlayıblar.
Bakı 



