• Bakı 22° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Lənkəranda 16 yaşlı qız intihar etdi

HADİSƏ

03 Aprel 2021 | 21:47

Lənkəranda 16 yaşlı qız intihar etdi

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Monika Cəbrayıl qızı Hüseynzadə yardımçı tikilidə özünü asaraq intihar edib.

Belə ki, 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına damdan yıxılaraq xəsarət alma ilə bağlı çağırış olub. Həkim briqadası hadisə yerinə çatanda sözügedən şəxsin öldüyü məlum olub. İlkin müayinə zamnı M.Hüseynzadənin hündürlükdən yıxılaraq xəsarət alması nəticəsində deyil, asılaraq ölməsi müəyyənləşib.

Məlumata əsasən M.Hüseynzadə yetiklink yaşına çatmasa da bir müddət əvvəl ona elçi gəlib və ailə üzvləri bu izdivaca razılaşmayıblar.

Bundan sonra qızda psixoloji narahatlıqlar yaranıb. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026