• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq öldürüb

CƏMİYYƏT

29 Iyun 2021 | 18:46

Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq öldürüb

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran Şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsində müqavilə əsasında xadimə işləyən Kifayət Bayram qızı Quliyevanı elektrik cərəyanı vurub.

Hadisə Zərifə Əliyeva küçəsi 75/1-2 ünvanında yerləşən yaşayış binasının həyətindəki 1600 kVt-lıq elektrik yarımstansiyasında qeydə alınıb.

Məlumata görə, Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Kifayət Quliyeva paltarını dəyişmək üçün yarımstansiyaya daxil olub və bu zamanı onu elektrik cərəyanı vurub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026