• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lənkəranskiyə görə üzr istəməyə məcbur edildi - VİDEO

CƏMİYYƏT

28 Iyun 2022 | 22:45 | Müəllif: Subhan Mahmudov

Lənkəranskiyə görə üzr istəməyə məcbur edildi - VİDEO

TikTok hesabında mərhum qanuni oğru Rövşən Lənkəranskini təhqir etdiyinə görə bir nəfər üzr istəməyə məcbur edilib.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yayılan videonu çəkən şəxs M.F. adlı şəxsi dediyi sözləri təkrarlamağa məcbur edir və bildirir ki, Lənkəranski ilə bağlı söylədiklərinə görə üzr istəsin. O, M.F.-ya ən ağır təhqirlərlə üzr istədir. O, həmin şəxsin təzyiqi ilə tutduğu əməldən peşman olduğunu və üzr istədiyini deyir, bir daha bu cür hallara yol verməyəcəyini söyləyir.

M.F.-nın üzr videosu da TikTokda yayılıb.

Qeyd edək ki, daha əvvəl bənzər videolara görə üzr istəməyə məcbur edən şəxslər barəsində cinayət işi başladılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026