• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Livan parlamentinə atəşkəslə bağlı təklif verilib

DÜNYA

16 Noyabr 2024 | 11:38

Livan parlamentinə atəşkəslə bağlı təklif verilib

Livan parlamentinin sədri Nebih Berri İsrail ordusu ilə Hizbullahın qarşılıqlı toqquşmalarının davam etdiyi Livanda atəşkəslə bağlı ABŞ-dən təklifini aldığını və bu mövzuda müzakirələrin davam etdiyini açıqlayıb. 

Bakıvaxtı.az bu barədə NNA-ya istinadla xəbər verir.

Berri NNA-ya açıqlamasında vurğulayıb: 

“ABŞ-nin təklifi heç bir şəkildə İsrail ordusunun Livandakı hərəkət azadlığını ehtiva etmir”.

İsrail ordusuna Livan ərazisində hərəkət azadlığının verilməsi ilə bağlı Berri deyib:

“Amerikalılar və digərləri bunun qəbuledilməz olduğunu, bunu prinsipial olaraq müzakirə etməyin belə mümkün olmadığını bilirlər və fərqindədirlər ki, heç bir qanun pozuntusunu qəbul etməyəcəyik".

Əli Hüseynov 


SON XƏBƏRLƏR

18 Aprel 2025