• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Liverpul"un müdafiəçisi "Real"a transfer oluna bilər

İDMAN

30 Noyabr 2024 | 13:10

Liverpulun müdafiəçisi Reala transfer oluna bilər

İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Trent Aleksander-Arnold İspaniya təmsilçisi "Real"a keçə bilər.

Bakıvaxtı.az-ın "TalkSPORT"a istinadən məlumatına görə, Madrid klubunun rəhbərliyi "Liverpul"la müqavilə müddəti 2025-ci ilin yayında başa çatacaq futbolçunu heyətinə qatmaq istədiyini bildirib.

26 yaşlı arxa xətt oyunçusunun 2025-ci ilin yanvarından etibarən istənilən klubla danışıqlar aparmaq hüququ yaranacaq. O, gələn yay komandanı azad agent kimi tərk etmək istədiyini də mətbuata açıqlayıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü məhz "Liverpul"un yetirməsidir və 2016-cı ildən əsas komandada çıxış edir.


SON XƏBƏRLƏR

18 Aprel 2025