• Bakı 24° C

    5.8 m/s

“Liverpul”un zədəliləri nə vaxt qayıdır?

İDMAN

18 Fevral 2025 | 17:40 | Müəllif: Əli Hüseynov

“Liverpul”un zədəliləri nə vaxt qayıdır?

“Liverpul”un zədəli futbolçuları Kodi Qakpo və Co Qomesin durumuna aydınlıq gəlib.

Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, bunu niderlandlı baş məşqçi Arne Slot açıqlayıb.

Qakpo “Everton”la Premyer Liqa oyununda (2:2) xəsarət alıb. Niderlandlı vingerin tezliklə meydana qayıdacağı gözlənilir.

“Plimut”la kubok görüşündə (0:1) zədələnən ingiltərəli müdafiəçinin durumu nisbətən ağırdır. Slot bildirib ki, Coya uzun müddət lazım gələcək. Müdafiəçinin mövsümün sonunun böyük hissəsini buraxacağını vurğulayan mütəxəssis əməliyyatı da istisna etməyib.

Qeyd edək ki, “Liverpul” sabah Premyer Liqanın XXIX turunun matçında “Aston Villa” ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026