• Bakı C

    14.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Tomas Bax BOK-un fəxri prezidenti olacaq

İDMAN

19 Mart 2025 | 23:06

Tomas Bax BOK-un fəxri prezidenti olacaq

Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri kimi səlahiyyət müddətini başa vurduqdan sonra təşkilatın ömürlük fəxri prezidenti statusu veriləcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərar Yunanıstanda keçirilən 144-cü sessiyada qəbul edilib.

BOK İcraiyyə Komitəsinin təklifi alqışlarla qəbul edilib. Təşkilat üzvləri Baxı ayaq üstdə alqışlayıblar. BOK-a prezident seçkiləri martın 20-də baş tutacaq və qurumun yeni rəhbəri iyunun 24-də Baxı əvəz edəcək.

71 yaşlı Bax 2013-cü ildə səkkiz illik müddətə BOK prezidenti seçilib, 2021-ci ildə isə dörd illik müddətə yenidən seçilib.

Qeyd edək ki, BOK prezidenti postuna namizədliyini Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri Morinari Vatanabe, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının prezidenti Sebastyan Kou, Beynəlxalq Velosipedçilər İttifaqının rəhbəri David Lapartian, Beynəlxalq Xizək İdmanı və Snoubord Federasiyasının rəhbəri Yohan Eliaş, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Xuan Antonio Samaranç, BOK İcraiyyə Komitəsinin üzvü Faysal Əl-Hüseyn və üzgüçülük üzrə ikiqat Olimpiya çempionu Kirsti Koventri irəli sürüb.


SON XƏBƏRLƏR

19 Mart 2025