• Bakı C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Lotereya təşkilatçılarının DİQQƏTİNƏ!

CƏMİYYƏT

04 Dekabr 2024 | 22:30

Lotereya təşkilatçılarının DİQQƏTİNƏ!

Lotereyanın qeydiyyata alınması üçün lotereya təşkilatçılarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, "Lotereyalar haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli orqana aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir.

Dəyişikliyə əsasən, lotereyanın qeydiyyata alınması üçün ərizədə lotereya təşkilatçısının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer, lotereyanın adı və forması göstərilməlidir.


SON XƏBƏRLƏR

04 Dekabr 2024