Amerikanın “Inter Miami” komandasına yeni gəlmiş uruqvaylı hücumçu Luis Suarez Mayami şəhərinin Fort Lauderdeyl bölgəsində fərdi ev alıb.
Bakıvaxtı.az xəbər verir ki, futbolçu 1980-ci ildə tikilən malikanəni 11,5 milyon dollara alıb.
2020-ci ildə təmir olunan malikanənin 660 kvadratmetr yaşayış sahəsi var. Bildirilir ki, evdə 8 yataq və 8 vanna otağı mövcuddur. Bununla yanaşı, futbolçu Argentina millisinin dünya çempionu Lionel Messi ilə də qonşu olub.




jpg-1712405656.webp)











