• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Futbolçular sonadək istəkli oldular və rəqibdən qorxmadılar - Siyasət Əsgərov

İDMAN

06 Aprel 2024 | 10:39

Futbolçular sonadək istəkli oldular və rəqibdən qorxmadılar - Siyasət Əsgərov

Futbolçular sonadək istəkli oldular və rəqibdən qorxmadılar.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov səfərdə Macarıstanla heç-heçə (1:1) etdikləri Avropa çempionatının seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Mütəxəssis ilk qarşılaşmanın həmişə çətin keçdiyini bildirib: "Qarşımızdakı yığma da çox keyfiyyətli komandadır. Heyətində yaxşı və Avropanın aparıcı liqalarında çıxış edən futbolçular var. Rəqibin gücü bəlli idi. Məğlub olmadan matçı bitirə bildik. Bu, qələbəyə bərabər heç-heçədir. Hesabda geri düşsək də, komanda xarakter göstərdi. Başqa qol şanslarımız da var idi, dəyərləndirə bilmədik. Komandamı təbrik edirəm. Ümid edirəm ki, bu matç, nəticə qızlara inam verəcək".

Əsgərov aprelin 9-da İsveçrə ilə Bakıda gerçəkləşəcək görüşə də toxunub: "Evdə də ən azı uduzmamaq istəyirik. Bu gün saat 21:00-da Bakıya çatacağıq. Futbolçular güc sərf ediblər. Topsuz çox qaçıblar və yorulublar. Matça qədər özümüzə gəlməliyik".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026