• Bakı 14° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

"Sabah" "Araz-Naxçıvan"ı məğlub edib

İDMAN

05 May 2024 | 21:31

Sabah Araz-Naxçıvanı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, günün ikinci matçında "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 2-ci dəqiqədə Ayaz Quliyev vurub.

Bu nəticənin ardından xallarının sayını 52-yə çatdıran Bakı klubu turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 35 xalı olan Elmar Baxşıyevin yetirmələri doqquzuncu pillədə qalıb. Qeyd edək ki, günün digər oyununda "Turan Tovuz" evdə "Zirə"yə 1:2 hesabı ilə uduzub.


SON XƏBƏRLƏR