• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mariya Stadnik yarımfinalda - Avropa Olimpiya Təsnifat turniri

İDMAN

06 Aprel 2024 | 12:46

Mariya Stadnik yarımfinalda - Avropa Olimpiya Təsnifat turniri

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurlu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan titullu idmançı 1/4 final mərhələsini asanlıqla keçib.

Onqat Avropa və ikiqat dünya çempionu litvalı Qabija Dilite üzərində 10:0 hesablı qələbə qazanıb. Bununla Stadnik yarımfinala yüksəlib.

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR