• Bakı 18° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Ançelottinin sözləri Ardanı özündən çıxardı - "Real" rəhbərliyi belə istədi

İDMAN

06 May 2024 | 11:57

Ançelottinin sözləri Ardanı özündən çıxardı - Real rəhbərliyi belə istədi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin “Kadis”lə oyundan sonra verdiyi açıqlamalar müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, o, komandasının çempionluğunu elan etməsindən sonra Arda Güleri əsəbiləşdirən açıqlama verib. Ançelotti Arda Gülerin əvəllər az oyun şansı əldə etməsi və karyerası ilə bağlı suala belə cavab verib:

“Arda Güler gənc olduğu üçün oynamalı olduğu qədər heyətdə yer aldı. Yorulduğu üçün onu əvəz etdim və matçda qalib gəlmək üçün fiziki baxımdan yaxşı olan oyunçulara üstünlük verdim. “Real Madrid” rəhbərliyi mənimlə müqavilə bağlayanda gənc futbolçuları oynatmamağımı yox, çempionluq qazanmağımı istədi”.

Qeyd edək ki, Arda Güler “Kadis”lə oyunun start heyətində yer alıb və 66-cı dəqiqədə əvəzlənib. Bir çox komandanın icarə əsasında heyətinə qatmaq istədiyi Ardanın növbəti mövsümdə “Real Madrid”in heyətində yarımmüdafiəçi rotasiyasında olacağı deyilir.


SON XƏBƏRLƏR

18 May 2024