• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Lvova raket zərbələri endirildi

DÜNYA

18 Aprel 2022 | 10:41

Lvova raket zərbələri endirildi

Rusiya Ordusu Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Lvov vilayətinin rəhbəri Maksim Kozitski və Lvov şəhərinin meri Andriy Sadovi bildirib.

“Lvova 5 raket zərbəsi endirilib. Artıq müvafiq orqanların əməkdaşları həmin yerə yola düşüb. Biz daha ətraflı məlumat əldə etməyə çalışırıq", - Andriy Sadovi deyib.

Zərbələrin nəticələri və hücumun mümkün qurbanları hələlik məlum deyil.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bu zərbələrin şəhəri mülki strukturuna endirildiyini vurğulayıb.

“Avropanın qədim şəhəri Lvovunun mülki infrastrukturuna eyni anda 5 güclü raket zərbəsi endirilib. Rusiya Ordusu Ukrayna şəhərlərinə havadan vəhşicəsinə hücumlarını davam etdirirlər, ukraynalıları öldürmək haqlarını bütün dünyaya rüsvayçılıqla bəyan edirlər”, - Mixail Podolyak "Twitter"də qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026