• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tacikistanda antiterror əməliyyatı keçirilir

DÜNYA

18 May 2022 | 09:49

Tacikistanda antiterror əməliyyatı keçirilir

Tacikistanın hüquq-mühafizə orqanları ölkənin şərqində antiterror əməliyyatına başlayıb.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, əməliyyat Dağlıq Bədəxşan Muxtar Vilayəti ilə Çini birləşdirən Düşənbə-Kulma avtomobil yolunu bağlayan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı həyata keçirilir.

Məlumata görə, ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları qruplaşma üzvlərindən silahı yerə qoymağı tələb etsə də, qarşı tərəf polisə silahlı müqavimət göstərib. Bu səbəbdən də, qruplaşmaya qarşı antiterror əməliyyatına başlanılıb.

Xatırladaq ki, mayın 16-sı Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi olan Xoroq şəhərində mütəşəkkil cinayətkar dəstənin başçısı Mamadbokir Mamadbokirov və onun tərəfdarları şəhərdə qanunsuz mitinq təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026