• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

75 yaşlı turist qadının Tailandda əsl "survivor" həyatı -  Bir həftə cəngəllikdə...

DÜNYA

18 May 2022 | 00:39 | Müəllif: Qalib İbrahimoğlu

75 yaşlı turist qadının Tailandda əsl "survivor" həyatı - Bir həftə cəngəllikdə...

Tailandda yeddi gün vəhşi cəngəllikdə su və yeməksiz yaşayan və möcüzə nəticəsində sağ qalan yaşlı qadın xilas edilib.

Bakıvaxtı.az xəbər verir ki, Almaniyadan olan 75 yaşlı turist Barbara Elizabet Monika Qleq Lenq Phuketdəki hoteldən gəzinti üçün çıxıb və bir həftə ondan məlumat almaq mümkün olmayıb.

Yerli polis qadının tapılması üçün genişmiqyaslı axtarışlar təşkil edib - xilasedicilər bir neçə gün helikopterlərlə ətrafa baxış keçiriblər. Lakin turist qadın təsadüfən aşkar olunub. Evlərindən bir qədər aralıda cəngəllikdə gəzən dağ kəndindən olan oğlan yerdə uzanmış qadını görüb.

Səyahətçi qadına ilkin tibbi yardım göstərilib və sonrakı müayinə üçün tibb məntəqəsinə aparılıb (oxu.az). İlkin məlumatlara görə, Lenq Alzheymer xəstəliyindən əziyyət çəkir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026