• Bakı 20° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Deputatdan maaş və pensiya artımı ilə bağlı AÇIQLAMA: Yəqin ki...

CƏMİYYƏT

19 Avqust 2022 | 14:48

Deputatdan maaş və pensiya artımı ilə bağlı AÇIQLAMA: Yəqin ki...

“Mən bahalaşmanın əleyhinəyəm".

Bunu Bakıvaxtı.az-a deputat Aqil Abbas ölkədə çörəyin bahalaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə,  hər bir məhsulun qiymət artımına olduğu kimi, çörəyin də bahalaşmasına münasibəti yaxşı deyil.

Aqil Abbas bildirib ki, pezident hər il maaşları artırır: "Hər il maaş və pensiyalar 10% artır. Düzdür, 10% artım azdır, amma yəqin ki, yenə maaş və pensiya artımı olacaq".

"Dünya böhran içindədir, biz də o dünyanın içindəyik” deyən deputat qeyd edib ki, hər halda hökümət bu proseslərə nəzarət etməlidir.

Dediyinə görə, Kənd Təsərrüfatı Nazirliyi taxıl istehsalını artırmalıdır: "O qədər ərazimiz işğaldan azad olundu. Digər vaxtda 50 hektar taxıl əkilirdisə, bu il 100 hektar əkiləcək. Əgər Qarabağda ildə 100 hektar taxıl əksələr, yaxşı sulayıb becərsələr, 50 sentner məhsul verəcək. Yəni, Kənd Təsərrüfatı Nazirliyi taxıl sahəsində diqqət ayırmalıdır. Hazırda ölkənin 60% taxılı özümüzdəndir, 40%-i kənardan gəlir. Nazirlik bunu 20%-ə endirə bilər”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR