• Bakı 15° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Macarıstan Aİ-ni məhkəməyə verir - SƏBƏB

DÜNYA

14 Noyabr 2025 | 15:02

Macarıstan Aİ-ni məhkəməyə verir - SƏBƏB

Macarıstan Rusiya qazından imtina qərarına görə Avropa İttifaqını (Aİ) məhkəməyə verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yerli radioya müsahibəsində deyib. 

"Biz Brüsselin Avropa dəyərlərinə zidd olan bu açıq-aşkar qanunsuz qərarını qəbul etmirik, Avropa Ədalət Məhkəməsinə müraciət edirik", - Orban bildirib.

Oktyabrın ortalarında Aİ Şurası 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək Rusiya qazının idxalının mərhələli şəkildə dayandırılmasını təsdiqləyib. Mövcud müqavilələr üçün keçid dövrü 2028-ci il yanvarın 1-dək davam edəcək. Təchizatda problemlər yaranarsa, qadağanın aradan qaldırılması üçün tədbir də planlaşdırılır.


SON XƏBƏRLƏR