• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Macarıstanla ticarət həcmini 6 milyard dollara çatdırmağı hədəfləyirik" - Ərdoğan

DÜNYA

21 Avqust 2023 | 11:17 | Müəllif: Subhan Mahmudov

"Macarıstanla ticarət həcmini 6 milyard dollara çatdırmağı hədəfləyirik" - Ərdoğan

Türkiyə və Macarıstan arasında ticarət həcmini qısa zamanda 6 milyard dollara çatdırmağı hədəfləyirik.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə ilə Macarıstan arasında köklü və möhkəm dostluq münasibətlərinə əsaslanan geniş əlaqələr var. Macarıstanla əlaqələrimizin bütün sahələrində mühüm irəliləyiş əldə edirik", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, dünən Rəcəb Tayyib Ərdoğan Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə bir günlük səfər edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyə və Macarıstanın ikitərəfli ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR