• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Magistratura və doktoranturada köçürmələrlə bağlı əsas problem AÇIQLANDI

CƏMİYYƏT

19 Oktyabr 2022 | 11:36

Magistratura və doktoranturada köçürmələrlə bağlı əsas problem AÇIQLANDI

“Bakalavriatda köçürmələr gedir, boşluqları biz görürük. Yeni qaydalar hazırlananda bunlar aradan qalxacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

O bildirib ki, əslində bu günə kimi magistraturada köçürmə yox idi: “İlk dəfədir ki, biz qaydalara bu bəndi salmışıq. Amma magistrin mövzusu ilk 3 ayda müəyyən olunur, onun elmi rəhbəri müəyyənləşir. Yəni biz onu qışda da köçürsək, problem yaranır. Digər tərəfdən, tələbələr köçürülür, amma geri qayıdır. Elə tələbə var ki, 4 dəfə köçürülür. Bu, qaydalarla tənzimlənməlidir”.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini doktorantura və magistraturada mövzuların təyin olunma vaxtının dəyişdirilməli olduğunu vurğulayıb: “Doktorantura ilə bağlı problemlərlə əlaqədar bizə də müraciətlər çox olur. Dünyada distant doktorantura yoxdur. Ona görə də köçürmələrlə bağlı qaydaları hazırlayarkən komitə ilə də məsləhətləşməliyik, bəzi qanunlara və qaydalara dəyişiklik etməliyik”.

Yaqub Piriyev qeyd edib ki, bu gün ixtisas seçimində valideyn nəyi seçirsə, tələbə ora yönəlir: “Daha sonra da ixtisasla bağlı problem yaranır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR