• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Mahir ay Brat” azadlığa buraxıldı

CƏMİYYƏT

30 Yanvar 2024 | 14:43

“Mahir ay Brat” azadlığa buraxıldı

"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevə hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Mahir Qonşuyev 3 il müddətinə azadlıqdan məhrum edilib və cəza şərti hesab olunaraq məhkəmə zalından azadlığa buraxılıb.

***

14:38

"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Bakıvaxtı.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

Prokuror təqsirləndirilən Mahir Qonşuyevin 3 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR