"Bugünkü mesajlar strateji hədəflərə yönələcək".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Federal Məclisə müraciətində Rusiya prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı əlavə edib ki, ölkə yalnız birlikdə nail ola biləcək böyük vəzifələrlə üz-üzədir.
Ukraynadakı hərbi əməliyyatlardan danışan Kreml rəhbəri qeyd edib ki, "xüsusi hərbi əməliyyat"ı rusların mütləq əksəriyyəti dəstəkləyir.
O, həmçinin söyləyib ki, Rusiyanı daxildən zəiflətməyə çalışdılar, lakin səhv hesabladılar.
Rafi Müslümov