• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Makron Baş nazirin istefasını qəbul etmədi

DÜNYA

21 Iyun 2022 | 13:18

Makron Baş nazirin istefasını qəbul etmədi

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Elizabet Bornun istefasını qəbul etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP agentliyi Yelisey sarayının bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, E.Makron bu gün və sabah fransızların xeyrinə mümkün konstruktiv həll yollarını müəyyən etmək üçün lazımi siyasi məsləhətləşmələr keçirmək niyyətindədir.

Qeyd edək ki, Elizabet Born mayın 16-da Baş nazir təyin edilib. O, bundan əvvəl Fransanın kompleks ekoloji dəyişikliklər naziri və əmək, məşğulluq və inteqrasiya naziri vəzifələrində çalışıb. E.Born Fransa tarixində Baş nazir təyin edilən ikinci qadındır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026