ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Villam Börns Rusiya prezidenti Vladimir Putinin sağlamlıq durumu ilə bağlı açıqlamalar verib.
Bakıvaxtı.az xatırladır ki, İranın paytaxtı Tehrana gələn Putin Türkiyə bə İran prezidentlətin görüşüb. Putinin təyyarədən endiyi anların görüntüləri Rusiya liderinin sağlamlıq durumu ilə bağlı yeni fərziyyələrə səbəb olub və Britaniya mətbuatı bu görüntünü “Putin İrana endikdən sonra qırmızı xalçada axsayıb” başlığı ilə oxucularına açıqlamışdı.
Qısa müddətdə gündəmə gələn bu görüntülərdən sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bir nömrəli adından ən çox danışılan açıqlamalar gəlib. “Politico”da yer alan xəbərə görə, MKİ direktoru Vilyam Börns Putinin səhhəti ilə bağlı danışıb. Aspen Təhlükəsizlik Forumunda iştirak edən Börns Putinin səhhəti ilə bağlı “olduqca sağlamdır” deyib. Həmçinin bildirib ki, bu, onun öz fikridir, heç bir kəşfiyyat məlumatı yoxdur.
Börnsün bu sözləri qısa zamanda dünya gündəminə daxil olub. Sosial mediada mövzu ilə bağlı çoxlu paylaşımlar edilib.
Aytac Aslan
















