• Bakı 24° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Tarlada kütləvi məzarlıq aşkarlandı: 25 cəsəd

DÜNYA

21 Iyul 2022 | 09:20

Tarlada kütləvi məzarlıq aşkarlandı: 25 cəsəd

Meksikanın Xalisko ştatının Zapopan şəhəri yaxınlığındakı tarlada kütləvi məzarlıq tapılıb.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən xəbərinə görə, 25 nəfərin cansız cəsədinin torbalara qoyulduğu məzarlıq itkin düşmüş qohumlarını axtarmaq üçün bir araya gələn yerli sakinlər tərəfindən aşkarlanıb. Qrup üzvləri torpaq səthində çökmə sahələrindən şübhələndikdən sonra ərazini müayinə ediblər.

Jalisco əyalət hökuməti sahədə axtarış işləri aparmaq üçün bölgəyə tikinti texnikası və polis qrupları göndərib.

Məlumata görə, künləvi məzarlıqda ilk qazıntı zamanı 16 nəfərin meyiti tapılıb. Davam edən qazıntılar nəticəsində dünən tapılan cəsədlərin sayının 25-ə çatdığı bildirilib.

Sahədə daha çox cəsədin olduğunu təxmin edilir. Ərazidə son cəsəd tapılana qədər qazıntıların davam edəcəyi bildirilir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Sentyabr 2026