• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Makron və Si Cinpin birgə bəyannamə qəbul etdilər

DÜNYA

06 Aprel 2023 | 16:02

Makron və Si Cinpin birgə bəyannamə qəbul etdilər

Çin Sədri Si Cinpin və Fransa Prezidenti Emmanuel Makron Pekində keçirilən danışıqlardan sonra birgə bəyannamə qəbul ediblər.

Bakıvaxtı.az  xəbər verir ki, bunu liderlər görüşün nəticələrinə dair keçirilmiş mətbuat konfransı zamanı bildiriblər.

Si Cinpin qeyd edib ki, Ukrayna məsələsi ilə bağlı danışıqlar tez bir zamanda bərpa olunmalı və qısa vaxt ərzində sülh təmin edilməlidir.

Bununla yanaşı Çin lideri ölkəsi və Fransa adından beynəlxalq ictimaiyyəti Ukraynada müharibəni qızışdırmaqdan çəkinməyə çağırıb: “Pekin Parislə birlikdə dünya ictimaiyyətini Ukrayna məsələsində rasionallığa və təmkinli olmağa çağırır”.

Fransa Prezidenti isə öz növbəsində Si Cinpinə müraciət edərək, Rusiya tərəfini sağlam düşüncəyə qaytarmağa və hamını danışıqlar masasına oturtmağa çağırıb: “Ukrayna ərazilərinin bir hissəsi Rusiyanın nəzarətində olduğu müddət ərzində Avropada təhlükəsizliyin təmin edilməsi arxitekturası mümkün deyil və Rusiya heç bir halda Belarusda nüvə silahı yerləşdirməməlidir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026