Paris Apellyasiya Məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğu haqda açıqlamalar verməkdə təqsirli bilinən jurnalist Nataşa Reyə bəraət verib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Reyin vəkili Fransua Danqlean “X” sosial şəbəkəsində məlumat verib.
“Nataşa Reyin Bricit və Jan-Mişel Tronye üzərində qələbəsi: apellyasiya məhkəməsi Nataşa Reyə bəraət qazandırdı”, - o bildirib.
Qeyd olunur ki, Rey indi Fransa rəhbərinin həyat yoldaşını dələduzluqda ittiham edərək, onu məhkəməyə vermək niyyətindədir.