• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Maradonanın qardaşı vəfat etdi

İDMAN

28 Dekabr 2021 | 23:13

Maradonanın qardaşı vəfat etdi

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın qardaşı Uqo Maradona vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, o, 52 yaşında ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, sabiq oyunçu və məşqçi olan Uqo Maradona “Askoli”, Vyana “Rapid”i və “Rayo Vallekano” kimi klublarda çıxış edib. O, “Puerto-Riko Aylenders”in baş məşqçisi olub.

Xatırladaq ki, Dieqo Maradona da ötən il ürək çatışmazlığından vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026