• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Marketdə saxta spirtli içkilər aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

31 Yanvar 2023 | 17:28

Marketdə saxta spirtli içkilər aşkarlandı - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlayıb.

Bu barədə Bakıvaxtı.az-a AQTA-dan bildirilib.

Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 33 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rzayev Daşqın Sabir oğluna məxsus “025” marketdə Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan, qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində etiket məlumatları olmayan ümumilikdə 16 ədəd − 2 ədəd 1 litrlik “Chivas Regal” əmtəə nişanlı viski, 2 ədəd 0.5 litrlik və 1 ədəd 1 litrlik “Absolut” əmtəə nişanlı vodka, 11 ədəd 0.5 litrlik “Organik Line” əmtəə nişanlı − spirtli içki aşkar edilib.

Belə ki, içkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın və aksiz markanın kustar üsulla sonradan yapışdırıldığı, qaimə və qida təhlükəsizliyinə dair rəsmi sənədlərinin mövcud olmadığı müəyyən edilib. Müayinələrin aparılması məqsədilə sözügedən məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Aşkar olunmuş alkaqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxardılıb. Araşdırmalar davam etdirilir.


Marketdə saxta spirtli içkilər aşkarlandı - FOTOLARMarketdə saxta spirtli içkilər aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026