• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Martın 1-də hava necə olacaq?

GÜNDƏM

28 Fevral 2021 | 12:16

Martın 1-də hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Bakıvaxtı.az-a verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Martın 1-də Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026