• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Martines "İnter"in tarixinə düşdü

İDMAN

17 Aprel 2025 | 10:16

Martines İnterin tarixinə düşdü

Argentina millisinin futbolçusu Lautaro Martines İtaliyanın "İnter" klubunun tarixinə düşüb.

Bakıvaxtı.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna evdə Almaniya təmsilçisi "Bavariya" ilə heç-heçə (2:2) etdikləri Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

O, "İnter"in tarixində qitənin bir nömrəli klub turnirində ardıcıl beş matçda qol vuran ilk oyunçudur. Bundan əlavə, Martines Milan klubunun heyətində bütün yarışlarda 150 qola çatan ilk əcnəbidir. Ümumilikdə klub tarixində 6 futbolçu buna nail olub.

Qeyd edək ki, Almaniyada rəqibini 2:1 hesabı ilə üstələyən "İnter" Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025