• Bakı 13° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Masazırda gölü qurudaraq yerində evlər tikiblər - VİDEO

CƏMİYYƏT

06 Noyabr 2025 | 00:42

Masazırda gölü qurudaraq yerində evlər tikiblər - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən göl qurudulub və yerində fərdi yaşayış evləri salınıb.

Bakıvaxtı.az Xezerxeber.az-a istinadən xəbər verir ki, son 3 ildə isə gölün ərazisi tamamilə qurudularaq, üzərində evlər tikilib.

Sakinlərin sözlərinə görə, gölün olması onlar üçün müəyyən çətinliklər yaradıb. Son bir ilə qədər ərazidəki çirkab suları həmin gölə axıdılıb.

Gölün qurudulması ilə bağlı Masazır kənd bələdiyyəsindən bildirilib ki, yaxınlıqdakı yaşayış evlərindən axıdılan kanalizasiya suları gölün ətrafında antisanitar vəziyyət yaranmasına səbəb olub. Sakinlərin müraciətindən sonra mənzillərdən gölə axan kanalizasiya suları dayandırılıb. Torpaq doldurulan gölün üzərində inşa edilən evlərin hansı icazə sənədi ilə tikilməsi sualı isə cavabsız qalır.

 

 


SON XƏBƏRLƏR

05 Noyabr 2025