Goranboyda minik maşını atla toqquşub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Balakürd kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı avtomobil qəfil qarşısına çıxan ata çırpılıb.
Qəza nəticəsində 1999-cu il təvəllüdlü Tərtər rayon sakini Əhmədli Səxavət Sərdar oğlu xəsarət alıb və ona xəstəxana şəraitində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır./Unikal
















