• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Sərhəddə Çexiya vətəndaşı saxlanıldı

HADİSƏ

03 Fevral 2024 | 16:15

Sərhəddə Çexiya vətəndaşı saxlanıldı

Ermənistanla Azərbaycan sərhədində Çexiya vətəndaşı saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report" məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki,Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.

Müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.

Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd edək ki, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez olurlar. Belə ki, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub.

Bütün bunlar Avropa strukturlarının bu ərazidə kəşfiyyat apardığını göstərə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026