• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Xaçmazda 30 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB

HADİSƏ

04 Mart 2024 | 16:14

Xaçmazda 30 yaşlı kişi özünü qatarın altına atdı - YENİLƏNİB

Xaçmazda 30 yaşlı oğlan özünü qatarın altına ataraq intihar edib.

Bakıvaxtı.az “Qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl qeydə alınıb.

Hüseynov Mehdi Fəxrəddin oğlu hələ ki, bilinməyən səbəbdən özünü qatarın altına atıb. O, hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

16:08

“Azərbaycan Dəmir Yolları” QSC-nin Xaçmaz stansiyasında ölümlə nəticələnən qəza olub.

Bakıvaxtı.az bu barədə ADY-yə istinadla xəbə verir.

Məlumata görə, bu gün saat 14:15 radələrində QSC-yə məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.

“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”, - məlumatda qeyd olunur.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR