• Bakı 11° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Qəzzada ölən yardım işçilərinin kimliyi açıqlandı

HADİSƏ

03 Aprel 2024 | 14:39

Qəzzada ölən yardım işçilərinin kimliyi açıqlandı

“Dünya mərkəzi mətbəxi" qeyri-hökumət təşkilatının (QHT) Qəzza zolağında ölən işçilərinin kimliyi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, 25 yaşlı fələstinli Seyfəddin İssam Ayad Abutaha, Polşadan 35 yaşlı Damian Sobol, ikili ABŞ-Kanada vətəndaşı olan 33 yaşlı Ceykob Flinkinqer, Böyük Britaniyadan  — 57 yaşlı Con Çapman, 33 yaşlı Ceyms (Cim) Henderson və 47 yaşlı Ceyms Kirbi İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində həlak olub.

Müəyyən edilmiş qurbanlar arasında sosial şəbəkələrdə Qəzzada humanitar səylərini sosial media paylaşımları ilə diqqət çəkən 43 yaşlı avstraliyalı Zomi Frankkom da var.

Qeyd edək ki, bundan öncə İsrail Prezidenti İsxak Hersoq “Dünya mərkəzi mətbəxi" qeyri-hökumət təşkilatının (QHT) Qəzza zolağında 7 könüllüsünün İsrail ordusunun zərbəsi nəticəsində ölümü ilə əlaqədar üzr istəmişdi. 

Günəş Mərd 


SON XƏBƏRLƏR

04 Aprel 2026