Türkiyədə otelə silahlı hücum olub.
Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, hadisə Küçükçekmece ərazisində 4 mərtəbəli oteldə qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər otelə hücum edərək atəş açıb.
Atəş hərəkətdə olan metrobusa dəyib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Araşdırma aparılır.
Günəş Mərd
















