• Bakı 15° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

MDB-nin mədəniyyət paytaxtı elan edildi

DÜNYA

12 Dekabr 2022 | 17:29

MDB-nin mədəniyyət paytaxtı elan edildi

Rusiyanın Sankt-Peterburq şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqun mədəniyyət komitəsinin sədri Stanislav Moldovanov məlumat verib.

Bildirilib ki, təqdimat mərasimi dekabrın 12-də Daşkənddə keçirilən MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində keçirilib.

S.Moldovanov deyib ki, Rusiyanın mədəniyyət paytaxtı olan Sankt-Peterburq üçün 2023-cü ildə bütün MDB-nin mədəniyyət paytaxtına çevrilməsi sevindirici hadisədir.

Qeyd edək ki, hər il Birliyin şəhərlərindən birinə MDB-nin mədəniyyət paytaxtı fəxri statusu verilir. Layihəyə 2010-cu ildə gerçəkləşir. Növbəti paytaxt MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurası tərəfindən təsdiq edilir. Proqram MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yardımı ilə həyata keçirilir.

Xatırladaq ki, 2022-ci ildə Qırğızıstanın Karakol şəhəri MDB-nin mədəniyyət paytaxtı elan olunmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR