• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Medvedyevdən yeni müharibə XƏBƏRDARLIĞI

DÜNYA

25 Aprel 2023 | 14:36 | Müəllif: Qalib İbrahimoğlu

Medvedyevdən yeni müharibə XƏBƏRDARLIĞI

Rusiya ilə Ukrayna arasında bir ildən artıqdır davam edən müharibə dünya müharibəsi ilə bağlı narahatlıqları artırıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, “Nüvə müharibəsi olmayacaq” və “Dünya yeni dövrdə yeni müharibə görməyəcək” ritorikasını tərsinə çevirən Ukrayna müharibəsindən sonra saysız-hesabsız ölkə nüvə müharibəsi təhlükəsinə qarşı tədbir görməyə başlayıb.

Rusiya ilə Qərb arasında uçurum genişləndiyi bir vaxtda Rusiyanın keçmiş prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedyevdən təəccüblü açıqlama gəlib.

Medvedyevin sözlərinə görə, dünya yəqin ki, yeni müharibənin astanasındadır və nüvə münaqişəsi riskləri də artmaqdadır. Rusiyanın düşmənlərinin özlərini qiymətləndirməməsinin lazım olduğunu vurğulayan Medvedyev təhdidlərə qarşı nüvə silahından istifadə ehtimalının kifayət qədər yüksək olduğunu da qeyd edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026