• Bakı 13° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Məhkumun Gəncədə gizlətdiyi avtomat tapıldı

CƏMİYYƏT

25 Oktyabr 2023 | 12:41

Məhkumun Gəncədə gizlətdiyi avtomat tapıldı

Gəncədə məhkuma məxsus “Kalaşnikov” markalı avtomat tapılıb.

Bu barədə Bakıvaxtı.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməliyyat aparatı və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat Gəncə şəhərinə girişdə yolun kənarında aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026