• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məişət texnikası alanlara da ƏDV geri qaytarıla bilər

İQTİSADİYYAT

28 Aprel 2022 | 18:40 | Müəllif: Subhan Mahmudov

Məişət texnikası alanlara da ƏDV geri qaytarıla bilər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məişət texnikası satışı ilə məşğul olan vergi ödəyiciləri ilə onlayn formatda görüş keçirib.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, görüşdə bu sahədə mövcud vəziyyət, qanunvericiliklə əlaqədar məsələlər, nağdsız alış-veriş zamanı vergi ödəyicilərininin və alıcıların qarşılaşdıqları məqamlar, ƏDV-nin geri qaytarılması ilə bağlı təkliflər səsləndirilib.

Məişət texnikası satışı üzrə vergi öhdəlikləri ətrafında müzakirələr aparılıb. Görüşdə sahibkarların təklifləri qeydə alınıb, onların öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026