Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin direktoru Zakir Bayramov işdən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib.
313 nömrəli tam orta məktəbdə 17 ildir direktor olan Zakir Bayramov tutduğu vəzifədən yaş səbəbi ilə azad edilib.
Qeyd edək ki, o, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı ilə təltif edilib.