• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəbdə DƏHŞƏTLİ HADİSƏ: Şagird sinif yoldaşını.. - VİDEO - YENİLƏNİB

CƏMİYYƏT

04 Oktyabr 2022 | 09:48

Məktəbdə DƏHŞƏTLİ HADİSƏ: Şagird sinif yoldaşını.. - VİDEO - YENİLƏNİB

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 112 saylı orta məktəbdə baş verənlərlə bağlı məlumat yayıb.

İdarədən Bakıvaxtı.az-a bildirilib ki, qurum tərəfindən müvafiq araşdırma aparılır: 

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb. Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür”.

Bakı şəhəri 112 nömrəli tam orta məktəbdən verilən məlumatda isə qeyd olunur ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib: "Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.

Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".

***

09:16

Paytaxt məktəblərinin birində şagirdlərdən birinin sinif yoldaşını döydüyü əks olunan video yayımlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə 112 saylı orta məktəbdə baş verib.

Belə ki, Elnur adlı şagird sinif yoldaşını hansısa məsələyə görə “cəzalandırır”, onu bir neçə dəfə yumruqla vurduqdan sonra yerə yaxaraq təpikləyir.

Baş verənləri isə onların digər sinif yoldaşları telefonla videoya çəkiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bakıvaxtı.az-a görüntülərin nəzarətə götürüldüyü qeyd olunub.

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov isə bununla bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirdi.

Nuranə Daxilqızı


Məktəbdə DƏHŞƏTLİ HADİSƏ: Şagird sinif yoldaşını.. - VİDEO - YENİLƏNİBMəktəbdə DƏHŞƏTLİ HADİSƏ: Şagird sinif yoldaşını.. - VİDEO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026