• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zəncəfil bu xəstəliyi yüngülləşdirir

CƏMİYYƏT

03 Noyabr 2022 | 01:27 | Müəllif: Qalib İbrahimoğlu

Zəncəfil bu xəstəliyi yüngülləşdirir

Zəncəfilin osteoartrit simptomlarını yüngülləşdirməyə və iltihabı azaltmağa kömək etdiyi sübut olunub.

Bakıvaxtı.az tibbi saytlara istinadla xəbər verir, bu səbəbdən də zəncəfilin qida rasionumuza daxil edilməsi məsləhətlidir.

Artrit, hərəkətləri məhdudlaşdıraraq, oynaqlarda kəskin ağrıya və iltihaba səbəb ola bilər. Bu vəziyyətdən çıxmaq üçün dərman olmasa da, simptomları yüngülləşdirmək üçün üsullar mövcuddur.

Pəhriz bir çox xəstəlikdə olduğu kimi, artritə də müsbət təsir göstərir. Xüsusilə də, tədqiqatlar zəncəfilin bəzi fəsadların öhdəsindən gəlməyə necə kömək etdiyini göstərib.

Artrit hərəkəti çətinləşdirərək, ağrı və sərtliyə səbəb olaraq, oynağın hamar qığırdaq astarını parçalayır. O, əsasən əl oynaqları, dizlər, onurğaya təsir göstərir.

Tədqiqat çərçivəsində pasiyentlərə gündə iki dəfə ya zəncəfil cövhəri, və ya plasebo verilib, asetaminofenə isə fövqəladə dərman kimi icazə verilib. Qiymətləndirmədə iştirak edən 247 pasiyentdən nəzarət qrupu ilə müqayisədə zəncəfil cövhəri qəbul edənlər qrupunda ayaq üstə durma vəziyyətində dizdə ağrıların azaldığı respondentlərin faizi daha yüksək idi (müvafiq olaraq 50 faiz və 63 faiz).

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026